Search
6d552497-4c0f-4b7f-a53d-85a8d34a91c4

Chartis Azərbaycan hesabatını təqdim edir

“Qala Sığorta” (Chartis Azərbaycan) şirkəti yanvar-fevral ayları üzrə nəticələrini açıqlayıb. İki ay ərzində ümumi yığımların həcmi 1 850 181 manat olub. Sığorta yığımları daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası üzrə bağlanan korporativ müqavilələr əsasında toplanıb. Sığorta haqqlarının hamısı yalnız yanvar ayında toplanıb.

Şirkətdən bildirilib ki, fevral ayında heç bir sığorta müqaviləsi bağlanmadığı üçün sığorta haqqı toplanmayıb. Sığorta şirkətinin kifayət qədər yığımları olsa da, 2 ay ərzində ödəniş etməyib. Belə ki, heç bir sığorta hadisəsi üzrə müraciət edilməyib.

Xatırladaq ki, dekabr ayının 11-dən etibarən “Qala Sığorta”ya “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün İSB-nin üzvləri sırasına daxil edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir