Search
banner3

“AzRe Təkrarsığorta” üçün ötən il rekord mənfəət ili olub

Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC 2015-ci ili 14 milyon 171 min manat xalis mənfəət ilə başa vurub.

Xatırladaq ki, şirkət 2011-ci ildə 28 min 337 manat, 2012-ci ildə 5,2 milyon manat, 2013-cü ildə 5,8 milyon manat, 2014-cü ildə 11,96 milyon manat xalis mənfəət əldə etmişdi.

“Marja” xəbər verir ki, ötən il Şirkətin cəmi gəlirləri 66,1 milyon manat, cəmi xərcləri isə 48,1 milyon manat təşkil edib. Təxminən 18 milyon manata yaxın maliyyə mənfəətindən 3,82 milyon manat mənfəət vergisi ödənilib.

AzRe Təkrarsığorta”nın cəmi gəlirlərinin 50,7 milyon manatını təkrarsığorta haqları təşkil edib.

Keçən il AzRe Təkrarsığorta”nın cəmi aktivləri 17,1% artaraq 98,69 milyon manata çıxıb. Şirkət 40 milyon manat nizamnamə kapitalına malikdir.

Xatırladaq ki, 30 sentyabr 2015-ci il tarixində “AzRe Təkrarsığorta” ASC “Çartis Azərbaycan Sığorta Şirkəti” ASC-nin səhmlərinin 100%-ni almışdır. Şirkətin adının “Qala Sığorta”ya dəyişdiriləcəyi elan edilib. “AzRe Təkrarsığorta”  ASC “Qala Həyat Sığorta” ASC-nin də əsas səhmdarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir