Search
gunay-bank-logo-030813

“GünayBank” sığorta agenti kimi fəaliyyət göstərəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Palatadan verilən xəbərə görə, Direktorlar Şurasının qərarı ilə həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Sözügedən lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir