Search
beynelxalq-sigorta-sirketi-iso-beynelxalq-standartina-uygunluga-dair-nezaret-auditini-ugurla-bitirib

“Beynəlxalq Sığorta” ötən ilə dair hesabat verib

Beynəlxalq Sığorta Şirkəti də 2015-ci ilin yekunlarına görə 2015-ci il üzrə maliyyə hesabatlarını təqdim edib. Hesabat ilində şirkətin sığorta haqları üzrə ümumi yığımı 11 milyon 240 min 200 manat olub. Bunun da 11 milyon 73 min 942 manatı birbaşa sığorta üzrə, 166 min 258 manatı təkrarsığorta üzrə olub. 2015-ci ildə şirkət müştərilərinə 4 min 138 min 548 manat sığorta ödənişi verib. Ötən ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq şirkət 1 milyon 118 min 700 manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir