Search
10984104_10204717346387134_5619208074248287112_n

ARZU BƏY, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Bu gün Arzu Qafarlının doğum günüdür.

Bu münasibətlə Arzu bəyi dostları, çalışmış olduğu çoxsaylı əmək kollektivləri  təbrik edir.

Arzu Qafarlı, 1984-cü ildə anadan olub.  Ali təhsillidir. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb və xidməti illərində diplomla, Təşəkkürnamə ilə təltif olunub.

2003-cü ildən Satış və Marketinq sahəsi üzrə özəl şirkətlərdə, Bank sektorunda işləyərək böyük təcrübəyə nail olmuşdur.  Bu illər ərzində öz sahəsi üzrə onlarla tədbir, təlim və layihələrin təşkilatçısı və rəhbəri olmuş, minlərlə gəncə təlim keçmişdir.

Bununla yanaşı 2004-cü ildən ictimai sektorda aktiv gənc kimi və təşkilatı işlərə görə rəsmi və özəl qurumlar tərəfindən diplomla təltif edilmişdir.

Ölkəmizdə və ondan kənarda Biznes sahəsi üzrə təlimlər keçmiş və hal-hazırda da  keçməkdədir. Təlimlərində iştirak edən aktiv tələbələr hal-hazırda ölkənin  özəl və dövlət müəssisələrinin müxtəlif sahələrində işləyirlər. Məqsədli, hədəfli, yenilikçi gənclərlə işləməyi xoşlayır və onlara daim dəstək olmaqda köməklik göstərir.

“Marketing Sales and Management Group” (MSM)  və “Economic.az”ın təsisçisi,  “Business Training and Consulting Centre”in (BTCC) həmtəsisçisidir. Hal-hazırda “Turan Bank” ASC-nin “Marketinq və Satış Departamentində işləyir. Ailəlidir 1 övladı var.

Biz də taraz.az olaraq Arzu bəyi təbrik edir və gələcək karyerasında daha böyük uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir