Search
tiraj_010514_03

“İstiqraz”lar “çek”lə əvəz olundu

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarına əsasən 14 iyul 2015-ci il tarixli  “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının qanununun 23.1-ci və 91.1-ci maddələrinə müvafiq olaraq “Muğanbank” ASC tərəfindən emissiya olunmuş “Adsız İstiqrazlar”-ın dövriyyəsi 15 mart 2016-cı il tarixindən dayandırılır. “Muğanbank” ASC-nin Bakı şəh., Ə.Rəcəbli küç. 21 B ünvanında yerləşən baş ofisində mart ayının 15-də saat 10:00-da “Adsız İstiqrazlar”-ın sonuncu, 51-ci tirajı keçiriləcəkdir. İstiqraz sahibləri istiqrazlarını sonuncu tiraj tarixindən 730 gün ərzində geri qaytara bilərlər.

Nəzərinizə çatdırmaq istərdik ki, 16 mart 2016-cı il tarixindən “Muğanbank” ASC yeni layihəsinə start verir, “Muğan Çek” adlı məhsulu müştərilərinə təqdim edir. Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd “Muğan Çek” dövriyyəyə buraxılır.  Tirajda iştirak etmək üçün dəyəri 50 manat olan “Muğan Çek” almaq yetərlidir. “Muğan Çek” üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edəcək. Maksimal uduş məbləği 10 000 AZN-dir. Birinci tiraj 30 aprel 2016-cı il tarixində keçiriləcək. “Muğan Çek” sahiblərinə hər bir tiraj barədə məlumat veriləcək və istənilən şəxs Muğanbankın baş ofisinə gələrək tirajda iştirak edə biləcək. “Muğan Çek”dövriyyədə olduğu müddətdə çek  sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Tirajın keçirilməsi barədə (ünvan, tarix və saat göstərilməklə) tiraja azı 3 (üç) iş günü qalmış mətbuat orqanında və bankın rəsmi internet səhifəsində (www.muganbank.az) məlumat yerləşdiriləcəkdir. Uduş tirajının rəsmi cədvəli tiraj bitdikdən sonra mətbuat orqanlarında dərc ediləcəkdir. Qeyd edək ki, “Adsız İstiqrazlar”-ın sahibləri istiqrazları, heç bir əlavə xərc ödəmədən, baş ofis və filiallarda  “Muğan Çek”-lərə dəyişdirə bilərlər.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 8 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl  facebook səhifəsinə keçid ala bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir