Search
14579368221872728552_554x360

Yeni sığorta şirkəti ziyanla başladı

2015-ci ilin yekununda “Qala Sığorta” (keçmiş “Çartis Azərbaycan”) şirkətinin cəmi aktivləri 8 milyon 655 min manat təşkil edib. Şirkətin mühasibat balansından verilən xəbərə görə, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 12,3% çoxdur. Aktivlərin 261 min manatını qısamüddətli aktivlər (son 1 ildə 4,75 dəfə artım), 8 milyon 394 min manatını uzunmüddətli aktivlər (son 1 ildə 9,7% artım) təşkil edib.

İl ərzində “Qala Sığorta”nın cəmi kapitalı 2,7% azalaraq 6 milyon 401 min manat, cəmi öhdəlikləri isə 2 dəfə artaraq 2 milyon 254 min manat olub.

Hesabat dövründə şirkətin gəlirləri 782 min manat, xərcləri 946 min manat təşkil edib. Son nəticədə “Qala Sığorta” 164 min maliyyə zərərinə düşüb. Bununla belə, şirkət dövlət büdcəsinə 15 min manat mənfəət vergisi ödəyib. Son nəticədə “Qala Sığorta”nın xalis zərəri 179 min manat olub.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir