Search
d8a29df3b480b8508292cfb8a973b4e7

Bankomatlar və POS-terminalların sayı azalıb

Yanvar ayında Azərbaycanda bankomatların (ATM) sayı 121 ədəd azalıb.

Ötən ilin sonunda 2694 ədəd olan ATM-lərin sayı bu ilin Yanvar ayının sonunda 2573-ə düşüb.

Yanvarda Bakıda bankomatların sayı 78 ədəd, regionlarda isə 43 ədəd azalıb.

POS TERMİNALLARIN SAYI DA AZALIB

Yanvarda POS-terminalların da sayı 1849 ədəd azalaraq 80301 ədəddən 78452 ədədə geriləyib.

Pərakəndə ticarətdə POS-terminalların sayı 1639 ədəd azalaraq 77123 ədədə düşüb.

Bankomatların və POS terminalların sayının azalması Mərkəzi Bankın bir neçə bankın lisenziyasının ləğv etməsilə bağlı ola bilər.

 

Click to enlarge image posterminall.jpg



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir