Search
Standard Insurance

“Standard Insurance” 12 yaşında

Bu gün “Standard Insurance” sığorta şirkətinin fəaliyyətə başlamasından 12 il keçir. Şirkət 2002-ci ilin fevral ayında “AB Standard” Şirkətlər Qrupunun təsisçiliyi ilə, məhdud məsuliyyətli cəmiyyət kimi yaradılıb, həmin il oktyabrın 21-də isə fəaliyyətə başlayaraq Azərbaycanın ən sürətlə inkişaf edən sığortaçılarından birinə çevrilib.

ISO keyfiyyəti

2005-ci ildə “Standard Insurance” keyfiyyəti idarəetmə sistemini quraraq bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə alıb. Həmin il şirkət həmçinin “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilib və indiyə qədər bu siyahıda qalmaqdadır.

Sürətli inkişaf

2006-cı ildə “Standard Insurance”in inkişaf tempi yerli sığorta bazarının ümumi inkişaf tempini 5 dəfə üstələyib. Belə ki, həmin il şirkət 9,6 milyon dollar sığorta haqqı toplayıb ki, bu da əvvəlki illə müqayisədə 36% çox olub. Halbuki, həmin il sığorta bazarında artım 7%-i keçməyib.

Maliyyə sabitliyi

2007-ci ildə “Standard Insurance” öz hüquqi statusunu dəyişdirərək Açıq Səhmdar Cəmiyyətə çevrilib. Həmin il şirkət “Moody’s Investors Service” – beynəlxalq reytinq agentliyi tərəfindən “B1 Maliyyə sabitliyi” reytinqinə layiq görülüb. Ötən illər ərzində “Standard İnsurance”in nizamnamə kapitalı qabaqcadan planlaşdırılmış şəkildə artırılıb və hazırda 11 milyon manat təşkil edir.

28 növ sığorta

Hal-hazırda “Standard Insurance” sığorta şirkəti öz müştərilərinə 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir. “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında şirkət 13 milyon 757 min manat sığorta haqqı toplayıb ki, bu da qeyri-həyat sığortası bazarının 5,8%-i qədərdir. Şirkətin ödənişləri isə ümumi ödənişlərdə 5,6%-ə paya malik olmaqla, 5 milyon 189 min manat təşkil edib.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir