Search
st

“Standard Insurance”-ın fevral ayı üçün icmalı

“Standard Insurance” sığorta şirkəti fevral ayının nəticələrini açıqlayıb. Ötən ay ümumi yığımların həcmi 1 439 856 manat olub.Toplanan sığorta haqqlarının 61 %-i avtomobillərin icbari sığortasının, 19 %-i könüllü tibbi sığortanın, 10%-i kasko sığortanın, qalan 10 %-i isə daşınmaz əmlakın icbari və könüllü sığortasının payına düşüb.“Standard Insurance” fevral ayında topladığı sığorta haqqlarının 49,6 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Şirkətin ödəniş xərcləri 344 sığorta hadisəsi üzrə 715 464 manat təşkil edib.Yığımlarda olduğu kimi ödənmişlər də avtomobilin icbari sığortası üstünlük təşkil edib. Avtomobillərin icbari sığorta üzrə təmir xərci 305 hadisə üzrə 371 103 manat, kasko sığortası üzrə 36 hadisə üzrə 82 022 manat olub.

Sığorta şirkətinin tibbi sığorta xərcləri 237 771 manat təşkil edib. Fevral ayında bundan əlavə daşınmaz əmlakın könüllü sığortası üzrə 2 hadisə üzrə 24 040 manat, daşınmaz əmlakın icbari sığortası üzrə 604 manat ödəniş edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir