Search
Rüfət Aslanlı

Rüfət Aslanlı: İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır!

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupun sədri Rüfət Aslanlı bu gün hüquqşünas Əkrəm Həsənovun təsis etdiyi “Antikollektor” MMC-nin ofisində olub. Bu barədə Ə. Həsənov özü məlumat verib. Hüquqşünas deyib ki, R. Aslanlı ofisə gələn zaman özünü MMC-nin əməkdaşına borclu vətəndaş kimi təqdim edib: “Rüfət AslanlıMilli Məclisdə çıxışı zamanı deyib ki, guya antikollektorlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədir. Bundan sonra, o, bizim ofisimizə gəlib və özünü əməkdaşımıza borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri ilə maraqlanıb. Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Bundan sonra cənab Aslanlı qiymət siyasətimiz haqda da soruşub. Ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət Aslanlı antikollektorlar haqda fikrini dəyişib”. Xatırladaq ki, bu gün Milli Məclisdə çıxışı zamanı R. Aslanlı antikollektorların fəaliyyətini sərt tənqid edib. O bildirib ki, antikollektorlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər: “Mən qayıdanda o şirkətlə məşğul olacağam. Mən belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik. Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur. Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq?! Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır”.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir