Search
856CC051-F73F-4F2A-B06F-CF78757FC173_cx19_cy7_cw73_mw1024_s_n_r1

Mərkəzi bankın manat siyasəti bu gün

Bu gün Azərbaycanda manat qıtlığı var. Bir sıra ekspertlər hesab edirlər ki, bu, guya inflyasiyanın qarşısını alır.  Eyni zamanda inflyasiyanın qarşısını almaq iqtisadiyyata zərər vurur. Çünki pul iqtisadiyyatın “qanıdır”. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib ki, iqtisadi aktivlik bərpa olunduqdan sonra yeni investisiyalara, yeni pula təlabat yaranacaq:

“Yeni pula təlabat yarandıqda Mərkəzi Bank pul bazasını genişləndirir. Bu olmadan Mərkəzi Bankın genişləndirdiyi pul bazası, yəni, çap edərək iqtisadiyyata yönləndirdiyi manat sonradan yenə xarici valyuta ehtiyatlarına təsir edə bilir”.

“MƏRKƏZİ BANK PEŞƏKARDIR”

Rüfət Aslanlı qeyd edib ki, bunun üçün tədbirlər görülür. Dövlət başçısı tərəfindən sahibkarların dəstəklənməsi, biznes mühitinin inkişafı üçün fundamental qərarlar qəbul edilib:

“Biz ümid edirik ki, islahatlar iqtisadi dinamikanı qısa müddətdə bərpa etməyə, sonra isə artırmağa imkan verəcək. Buna da paralel olaraq pul bazası genişlənəcək. Burada da bir məsələni qeyd etmək istəyirəm ki, Mərkəzi Bankın məsələyə baxışı yetərli dərəcədə peşəkardır. Mərkəzi Bank o anı gözləmək istəmir ki, iqtisadiyyatda canlanma olsun, ondan sonra biz iqtisadiyyatı pul ilə doyuzduraq. Burada toyuqla yumurtanın münasibətlərinə bənzər… Yəni, Mərkəzi Bank da pul siyasətinin yerini dərk edir və pul bazasını ehtiyatla genişləndirməkdədir ki, bu, iqtisadi təşəbbüsləri dəstəkləmək üçün yetərli olsun”.

Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir