Search
usd

Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq

Bu gün qlobal bazarlar üçün ən mühüm məlumatlardan biri olan ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaqdır.

Fevral ayı üzrə ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatının, ölkə iqtisadiyyatının inkişaf vəziyyətinə və Mərkəzi Bank Fed-in növbəti faiz artıracağı tarix ilə bağlı ipucları verəcəyi gözlənilir.

İqtisadçılar, məşğulluq məlumatının 193 min olacağını gözləyirlər. Yanvarda kənd təsərrüfatı xaric məşğulluq 151 min nəfər artmışdı.

İşsizliyin isə 4,9%-də qalacağı təxmin edilir.

Məlumatlar Bakı vaxtı ilə 17:30-da açıqlanacaqdır.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri artırmaqda davam edəcəyi gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir