Search
3d56605c3da3f0ade6c9676aeee6c5fc_XL

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.

Fəxriyar Cabbarov Palatanın Hüquq və icraat departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, bundan öncə F. Cabbarov “Synergy Group” ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir