Search
9f9a818439a34752e83093599f102b2c_XL

Qorunan əmanətlərin faiz dərəcəsi 10%-dən də aşağı salına bilər

Azərbaycanda sığortalanan əmanətlərin faiz dərəcələri 10%-dən aşağı salına bilər. Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov “Space TV”-yə müsahibəsində bildirib ki, rübün nəticələrindən asılı olaraq banklardakı sığortalanan əmanətlərin faiz dərəcələrinə yenidən baxıla bilər.

Xatırlaaq ki, son vaxtlar kommersya banklarının kredit faizlərini aşağı salması ilə bağlı hökumət tərəfindən görülən tədbirlərin fonunda əmanətlərin də faizlərinin aşağı düşməsi aktiv müzakirə olunur.

Hazırda qorunan əmanətlərin faiz dərəcəsi illik 10% təşkil edir.

Onun sözlərinə görə, Azərbaycanda illik qiymət artımının səviyyəsi aşağı olduğundan, yəni 1-2% civarında dəyişdiyindən banklar əvvəlki kimi yüksək faiz dərəcələri ilə kredit verə bilmirlər. Buna görə də, yüksək faiz dərəcələri ilə əhalidən əmanət qəbul edilməsi də artıq mümkün deyil: “Hazırda bank sektorundakı vəziyyət izlənilir. Əgər ölkədə kreditlərin əhəmiyyətli dərəcədə ucuzlaşdığı hiss olunarsa, onda bankların ucuz kredit resursları əldə etmək imkanlarını artırmaq üçün əmanətlərin sığortalanması həddi də aşağı salına bilər”.

İcraçı direktor bildirib ki, bu məsələ ilə bağlı 1-ci rübün nəticələri məlum olduqdan sonra qərar veriləcək: “Görsək ki, rübün nəticələrinə görə faiz dərəcələrində kəskin azalma müşahidə olunur, banklardan əlavə məlumat alacağıq. Baxacağıq ki, kreditlərin aşağı, orta və yuxarı faiz dərəcələri necədir. Onlar təhlil olunandan sonra faiz dərəcəsinin enməsi və ya qalxması barədə qərar verilə bilər”.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir