Search
ADİF

Martın 2-dən 2019-cu ilədək əmanətlər yeni qanunla sığortalanıb

“2016-cı il martın 2-dən 2019-cu ilə qədər banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır”.

Bunu Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əgər əmanətçi martın 1-ə qədər xarici valyuta ilə 12%-lə 10 000 dollar vəsait yerləşdirilibsə, bir il müddətinə bu əmanətçinin müddəti bitənədək əmanəti qorunur və sığortalanır. Əgər əmanətçinin yerləşdirdiyi əmanətinin manat ekvivalentində həddi 30 min manatı aşarsa, bu zaman həmin aşılan hədd sığortlanmır. 1 mart 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir”.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının martın 1-də keçirilən növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən 1 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12% müəyyən edilib.

Martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir