Search
49896674101095d00f056674c293dac3_XL

Porsche Bakıda “pələngini” təqdim edib

Almaniyanın lüks avtomobil istehsalçısı Porsche-nin Azərbaycanda rəsmi distribütoru Porsche Bakı Mərkəzi Marriot Abşeron otelinde yeni Porsche Macan modelinin təqdimat mərasimini keçirib.

Yeni modelin “Macan” adının açıqlaması İndoneziya dilində pələng deməkdir. Porsche mütəxəssislərinin bu avtomobili pələngə bənzətməkdə məqsədi, onun həm olduqca güclü həm də çevik olduğunu əyani göstərməkdir.

Yeni Porsche Macan bazarda idman üslubunda ekskluziv Kompakt krossover olacaq. Macan Turbo-nun 400 at gücü ilə və idarəolunma dəqiqliyi, çeviklik və manevrliyi ilə sürətli idman üslubuna keçidi, onu öz sinfində ən güclü edir. Macan öz sinfində birinci maşındır ki, pnevmatik asqıya sahibdir.

Azərbaycanda yeni Porsche Macan-in 6 litr həcmində, V6 qoşa turbo benzin mühərriklə təchiz olunan versiyası satışa çıxarılıb. Avtomobil 7 pilləli avtomatik sürət qutusu ilə təchiz olunur.

Bütün Macan modelləri standart komplektləşdirmədə PDK ikiqat muftalı, ötürücü qutusu , həmçinin aktiv tam çəkim sistemi ilə təqdim olunur. Opsional olaraq Macan modelini Porsche-nin keramik-kompositli əyləci ilə təchiz etmək olar.

Avtomobil bazarının ekspertləri  Macan-ın malik olduğu bir sıra təhlükəsizlik sistemləri və idman xarakterli idarəoluma nümayiş etdirmək bacarığı ilə kompakt dinamik krossover sinfini dünyada daha da məşhurlaşdıracağını söyləyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir