Search
nbc bank

NBC Bankın depozit portfeli 45% artıb

“01 aprel 2014-cü il tarixinə, NBC Bankda fiziki və hüquqi şəxslərin depozit portfeli 63 milyon manata yaxınlaşıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 45% artım deməkdir. Cari ilin 1-ci rübü ərzində isə bankın depozit portfelində 10% civarında artım qeydə alınıb”,- Bankın yaydığı məlumatda deyilir.

“Hesabat dövrü ərzində fiziki şəxslərdən qəbul edilən depozit növlərində artım daha çox nəzərə çarpıb ki, bu da bank tərəfindən pərakəndə bankçılığın inkişafı istiqamətində aparılan tədbirlər silsiləsinin tərkib hissəsidir. Depozit portfelinin artımı müştərilərin banka olan inam və etibarının, eləcə də bankın davamlı və dayanıqlı inkişafda olduğunun bir göstəricisidir”,- NBC Bankın məlumatında qeyd olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir