Search
Merkezi_bank490

Kreditlər 164 milyon manat artıb

Azərbaycanda kreditlərin verilməsinin sərtləşdirilməsi onun alınmasını ciddi azaltmır.

Mərkəzi Bankın açıqladığı aylıq məlumatlara görə,2014-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın bank sektorunun kredit qoyuluşları 163,9 milyon manat artaraq 15 milyard 153 milyon 700 min manata çatmışdır.  Halbuki, 2013-cü ilin ilk iki ayında kredit qoyuluşları 103,6 milyon manat azalmışdı.

Yanvarda kredit qoyuluşları 32,3 milyon manat, fevralda isə 131,6 milyon manat artıb. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin fevralında kredit qoyuluşları 271,3 milyon manat  azalmışdı.

Lakin, yanvar və fevral aylarında kredit qoyuluşlarının artımı ötən ilin orta aylıq artım göstəricisi ilə müqayisədə aşağıdır. Belə ki, 2013-cü ildə bank sektorunun kredit qoyuluşları 3 milyard 26 milyon manat artmışdı. Kredit qoyuluşlarının orta aylıq artımı 252 milyon manatdan çox olmuşdu. Hətta, təkcə ötən ilin aprelində kredit qoyuluşları 560 milyon manatdan çox artmışdı.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir