Search
NBC Bank

NBC Bank nizamnamə kapitalını 11 faiz artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “NBC Bank” ASC-nin dəyəri 5 milyon manatdan çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 243,6 manat olan 20 535 səhm buraxılıb.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində “Texnika Kapital Menecment” MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 46,536 milyon manatdan 51,54 milyon manatadək çatdırılacaq.

Bakı Fond Birjası




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir