Search
3543_0

“NBC Bank”da vakansiya

“NBC Bank” mühasib vəzifəsinə işçi qəbulu elan edib.  25-35 yaşlarında ali təhsilli, mühasib vəzifəsində ən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 30-dur.

Namizədə dair tələblər:

Ali hüquqi təhsil
1 il iş təcrübəsi
Azərbaycan Respublikasının Bank qanunvericiliyini bilmək.
Azərbaycan Respublikasının Qanunlarını və qanunvericilik aktlarını bilmək.
Maliyyə, audit və təhlil, Mühasibat Uçotunun Milli və Beynəlxalq Standartları, Milli və Beynəlxalq Audit Standartları haqqında anlayış.
Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılmasında və qiymətləndirilməsində yüksək səviyyəli səriştə, Müşahidə aparmaq və faktların müəyyən etmək bacarığı.
Müstəqilliyi qorumaq bacarığı.
İnsanlarla əlaqə qurmaq bacarığı.
Kompyuter biliklərinə malik olmaq.

Vəzifə öhdəlikləri:

Bankda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması vəziyyətinin yoxlanılması.
Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlara nəzarət.
Mühasibat uçotu və hesabatı sisteminin dəqiq qurulması və onun təkmilləşdirilməsi üzrə tövsiyələr verilməsi.
Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditinin aparılması.
Bankda həyata keçirilən bütün əməliyyatlara gündəlik nəzarət.
Bankın audit siyasətinin və strategiyasının müəyyənləşdirilməsində iştirak.
Kənar audit, Milli Bank, Vergi orqanları və digər orqanlar tərəfindən həyata keçirilən yoxlamalarda yaxından iştirak.

Müraciət etmək istəyənlər CV formalarını hr@nbcbank.az ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: hr@nbcbank.az

Telefon (012) 566 46 46 ; 932 218




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir