Search
Moskva univermagi yangin

Sahibkarlara sığorta ödənişi düşməyəcək – “Moskva Univermağı”

Bir qədər əvvəl yanğın baş vermiş “Moskva Univermağı”na dəyən zərərlə bağlı sığorta ödənişindən burada işləyən sahibkarlara pay düşməyəcək.
Bu barədə fins.az-a açıqlamasında “Moskva Univermağı”nın direktor  müavini Anar Babayev bildirib. Onun sözlərinə görə, hazırda yanğınla bağlı araşdırma, istintaq prosesi davam edir.
Yanğın nəticəsində dəymiş ziyanın təxminən 800 min manat   olduğunu və univermağın “Azsığorta” şirkətində sığortalandığını xatırladan A.Babayev bildirib ki, hadisə ilə bağlı alınacaq sığorta ödənişi yalnız univermağın təmir xərcləri  üçün nəzərdə tutulub: “Sahibkarlara hər hansı bir ödəniş verilməyəcək. Çünki onlar mallarını sığortalamayıblar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir