Search
photo_28734

Londonun yeni meri Sadiq Xan haqqında 10 maraqlı məlumat

Mayın 6-da İngiltərədə keçirilən bələdiyyə seçkilərində London şəhərinin qalibi Leyboristlər Partiyasının namizədi pakistan əsilli Sadiq Khan oldu. Bununla da, İngiltərə siyasi tarixində ilk dəfə müsəlman bir siyasətçi bu qədər yüksək vəzifəyə gəldi. Sadiq Khan səslərin 44 faizini toplayaraq, Londonun meri seçilməyə nail olub.

Hər kəsin diqqətini çəkməyi bacaran Sadiq Khan ilə daha yaxından tanış olmağınız üçün həyatı haqqında 10 məlumatı sizə təqdim edirik:

45 yaşlı Sadiq Xan 8 uşaqlı (7 qardaş və 1 bacı) ailənin beşinci uşağı olaraq Londonun cənubunda Tooting regionunda dünyaya gəlib.

Uşaqlıqdan valideynlərinin fasiləsiz işlədiyini deyən Sadiq Khan gənc yaşlarında həftəsonu inşaatda işlədiyini deyir.

Onun atası 25 il avtobus sürücüsü, anası isə dərzi işləyirdi. Xanın dediyinə görə ailəsi Pakistanda olan qohumlarına həmişə pul göndərib. Belə bir ölkədə yaşadıqları üçün həmişə dua ediblər.

O, Pakistandan köç etmiş, sosial evlərdə yaşayan yoxsul ailənin oğludur.

Londonda doğulub, böyüsə də Xan Liverpool azərkeşidir.

Həyat yoldaşı Saadiya’nı romantik axşam yeməyi olaraq McDonald’s a aparmışdı.

MAIN-fish

Xanın siyasətdə ilk uğuru Tooting bölgəsindən millət vəkilliyinə seçilməsi olmuşdu.

30khan2302c

Seçkilərdə onun əsas rəqibi Mühəfizəkarların namizədi Zac Goldmith Margaret Tetcher’in yaxın dostu olan bankirin oğludur. Goldsmith Londonun məhşur Elton kollecində oxuyub, Khan isə dövlət məktəbində təhsil almışdı.

160506130753_sadik_624x351_bbc_nocredit

Mer eynicinsli evlilikləri dəstəkləyir. İçki içməməsinə baxmayaraq, seçki kampaniyasına dağıdılması planlanlaşdırılan bir pabı xilas edərək başlamışdı.

local-Elections-2016_0214

O, siyasətlə məşğul olduğu ilk gündən solçu olaraq ön plana çıxır. Seçkidən öncə açıqladığı manifestində ictimai nəqliyyatın ucuzlaşması, mənzil problemi üçün sosial həlli və hava çirkliliyinə qarşı mübarizə kimi məsələlərə xüsusi yer ayırmışdı.

Mənbə: “Pahoo.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir