Search
soahdkhkk

İcbari sığortalanan daşınmaz əmlakların sayı 2 dəfədən çox artıb

u ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 26 minə yaxın sığorta müqaviləsi bağlanıb. Bu barədə fins.az – a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Məlumata görə, bağlanmış müqavilələrin təxminən 97%-i, yəni 24971-i daşınmaz əmlakın icbari sığortası ilə bağlı olub. Bu sığorta növü üzrə toplanmış sığorta haqlarının məbləği isə 1 milyon 767,5 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari qaydada sığorta edilmiş daşınmaz əmlakların sayı 2,46 dəfə artıb.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müqavilələrinin 87,43%-i yaşayış evləri və mənzillərin, 0,16%-i inzibati binaların, 12,41%-i digər daşınmaz əmlak növlərinin payına düşüb. İcbari sığortalanan daşınmaz əmlakların 72%-i regionlarda olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir