Search
3c987bb5471429fe8c0d3576412eeea556f

London və Frankfurt fond birjaları birləşir

London fond birjası (LSE) Frankfurtda yerləşən Almaniya birjası ilə (“Deutsche Boerse”) konsolidasiya olunacaq.

LSE-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar London birjasının səhmdarları tərəfindən səsvermə nəticəsində qəbul olunub.

Avropanın iki ən iri birjasının konsolidasiyası 25 mlrd. avro dəyərində qiymətləndirilir. Əgər konsolidasiya baş tutarsa, yeni yaradılacaq şirkət ICE və “CME Group”dan sonra üçüncü ən iri birja olacaq.

İlkin ehtimallara görə, yeni yaradılacaq birjada LSE-nin səhmdarları 45,6%, “Deutsche Boerse” birjasının payçıları isə 54,4%-ə malik olacaq.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir