Search
348812484_640

“PAŞA Bank” azərbaycanlı jurnalistlərin Londona səfərini təşkil edib

“PAŞA Bank”ın yerli media nümayəndələrinin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsinə yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə növbəti layihə uğurla başa çatıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “PAŞA Bank”ın “British Council” və “Thomson Foundation” ilə əməkdaşlıq əsasında həyata keçirdiyi layihə jurnalistlərin Böyük Britaniyaya bir həftəlik ezamiyyəti ilə yekunlaşıb.

Bu müddət ərzində Azərbaycanın KİV nümayəndələri “The Financial Times”, “The Telegraph”, “BBC” kimi dünyada məşhur media qurumlarının redaksiyalarında olub və öz xarici həmkarlarının təcrübəsi ilə yanaşı, iş prinsipləri ilə də tanış olublar.

Jurnalistlər ezamiyyət zamanı Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovla görüşüb, Lordlar Palatasına, London Fond Birjasına və bir çox digər yerlərə işgüzar səfər ediblər.

Layihənin başlıca məqsədi avropalı həmkarların çoxillik təcrübəsi ilə tanış olub, əldə etdikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar səviyyədə məlumatların  təhlili və yayımlanması, eləcə də iqtisadi və biznes mövzularını işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Bu cür layihələrin həyata keçirilməsi “PAŞA Bank”ın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir