Search
photo_28863

Dünyanın ən hörmətli şəxsləri seçilib – Siyahı

Dünyanın ən hörmətli şəxslərinin adları açıqlanıb.
“YouGov” sosial xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən Microsoft şirkətinin təsisçisi, milyader Bill Qeyts dünyanın ən çox hörmətli insanı hesab olunur.
İkinci yerdə ABŞ prezidenti Barak Obama, üçüncü Çin Xalq Respublikasının başçısı Si Cinpin və sonrakı pillədə aktyor Ceki Çan qərarlaşıb.
İngilis alimi Stiven Hokinq dünyanın ən hörmətli 5-ci adamıdır.
Rusiya prezidenti Vladimir Putin siyahıda 6-cıdır. Putin siyahıda Tibet xalqının dini lideri Dalay-lamanı, Hindistanın baş naziri Narendra Modini , “Facebook” sosial şəbəkəsinin yardaıcısı Mark Zukerberqi, çinli iş adamı Cek Manı və keçmiş futbolçu Devid Bekxemi geridə qoyub.
Dünyanın “Ən çox hörmət edilən qadınların” siyahısına aktrisa və rejissor Ancelina Coli başçılıq edib.
Sorğu dünyanın 30 ölkəsində aparılıb.
Xatırladaq ki, Putin ötən il siyahıda 11-ci yerdə qərarlaşmışdı.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir