Search
Korporativ-Idareetme

Korporativ idarəetməyə dair təlim keçirilib

Mayın 12-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Korporativ idarəetmə səviyyəsinin ölçülməsi mexanizmləri və nəticələri” mövzusunda təlim keçirilib. Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov şirkətlərdə korporativ idarəetmənin qiymətləndirilməsinin əhəmiyyəti, qiymətləndirmə üsulları, həmçinin Azərbaycanda və beynəlxalq təcrübədə tətbiq olunan qiymətləndirmə metodları barədə məlumat veriblər, dövlət müəssisələrində korporativ idarəetmənin qiymətləndirilməsinin tətbiqinin vacibliyini diqqətə çatdırıblar və iştirakçıların suallarını cavablandırıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir