Search
????????????????????????????????????

“TuranBank” H.Əliyevin 93 İllik Yubileyinə həsr olunmuş güləş turnirinə dəstək olmuşdur

14.715x0

TuranBank və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə 10 may 2016-cı il tarixində Qazax Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 93 İllik Yubileyinə həsr olunmuş yeniyetmələr arasında açıq sərbəst güləş üzrə turnir keçirilmişdir.

Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan və artıq ənənəvi xarakter almış turnirdə Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Ağdam və Bərdənin güləş klublarının 238 yeniyetmə idmançısı öz məharətlərini göstərmək imkanına malik olmuşlar.

????????????????????????????????????Turnirin açılış mərasimində Bankın İdarə Heyətinin sədr müavini Fəzail Musayev, Qazax rayon İcra hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə milli komandasının böyük məşqçisi Firdovsi Umudov və rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar Nəbiyev iştirak etmişlər.

????????????????????????????????????Gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri medallar, diplomlar və tutduqları yerlərə müvafiq qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Bankın dəstəyi ilə keçirilən turnirin əsas məqsədi ölkəmizdə sərbəst güləş idman növünü inkişaf etdirmək, populyarlaşdırmaq, yeniyetmələrin idmana həvəsini artırmaq və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaqdır.

Bank hər il olduğu kimi cari ildə də özünün Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində müxtəlif sosial, humanitar, mədəni və idmanla bağlı layihələri dəstəkləməkdə davam etməkdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir