Search
biznes_trening

İSO 9001/2015: “Keyfiyyətin İdarə Edilməsi”nə dair təlim kursu başa çatıb

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İSO 9001/2015: “Keyfiyyətin İdarə Edilməsi” mövzusunda təlim kursu başa çatıb. “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində aprelin 27-dən etibarən keçirilən təlimdə sənayenin qida, mebel, yüngül və tikinti sahələrində fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları məhsulun keyfiyyəti, rəqabətqabiliyyətliliyin yüksəldilməsində keyfiyyətin rolu, Keyfiyyət İdarəetmə Sistemi, keyfiyyət standartları və onların tətbiqi və s. barədə məlumatlandırılıb, mövzu ilə bağlı sualları cavablandırılıb

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, keçirilən “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsinin məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir