Search
documents_040914

Paytaxtdan kənarda ilk mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradıldı

İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir. Belə ki, Nazirliyin təşkilatçılığı ilə mütəmadi olaraq Bakıda və regionlarda çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara Mənzil Məcəlləsindən irəli gələn hüquq və vəzifələr, yeni idarəetmə metodlarının üstünlüyü barədə məlumat verilir. Bundan başqa, Nazirliyin əməkdaşları çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə müzakirələr aparır, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) təşkili istiqamətində tövsiyələr verir, maarifləndirici broşurlar və materiallar paylanılır, MMMC-lərin yaradılmasının qanunvericilik əsasları izah edilir.

Görülən işlərin nəticəsidir ki, artıq Bakı şəhəri üzrə yaradılmış MMMC-lərin 22-si Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Bu günlərdə isə paytaxtdan kənarda ilk MMMC – Abşeron rayonunun Masazır qəsəbəsində “Abşeron-1” MMMC təsis edilmiş və 10 may 2016-cı il tarixində dövlət qeydiyyatından keçmişdir. Bununla da, ölkə üzrə MMMC-lərin sayı 23-ə çatmışdır.

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir