Search
mesimli_819

Köhnə avtomobillərin sahiblərinə qarşı sərt sanksiyalar tədbiq olunmamalıdır – Əli Məsimli

“Avro-4″ standarlarına cavab verməyən avtomobil sahiblərinə qarşı sərt sanksiyalar tədbiq olunmamalıdır.”

Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

O söyləyib ki, məsələyə ilk olaraq mərhələli şəkildə yanaşmaq lazımdır: “Xarici ölkələrdə müvafiq dövlət qurumu standratlara cavab verməyən köhnə avtomobilləri müəyyən məbləğdə pul ödəyərək alır. Bununla şərait yaradılır ki, köhnə avtomobillərin sayı azalsın.”

Dünyada qəbul olunmuş standartlardan danışan deputat bildirib ki, beynəlxalq aləmdə daha çox istifadə edilən mütərəqqi üsulları Azərbaycanın müvafiq qurumları və təşkilatları öyrənməlidir. Bu problem az ziyanla və vətəndaşa zərbə vurmadan həll olunmalıdır.

Mənbə: SalamNews


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir