Search
qeza s

Azərbaycanda avtomobillərin sığortası bahalaşacaq – SƏBƏB

Azərbaycanda avtomobillərin “Avro-4” standartlarına keçidi avtomobil sığortasına da  təsirsiz ötüşməyəcək. Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, dəyişiklik digər məsələlərlə yanaşı, sığorta haqlarının da artımına səbəb olacaq.
“AzərSığorta” şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Ağakişiyev fins.az-a bildirib ki, “Avro-4″ standartlarının tətbiqi maşınların icbarı sığortasına təsir göstərməsə də, KASKO sığorta da qiymət artımlarına səbəb olacaq: “İcbari sığortada sığorta haqları avtomobilin ilindən yox, mühərrikin həcmindən asılı olduğuna görə, yeni standartın tətbiqi bu məsələyə təsir etməyəcək”. KASKO sığortada isə sığorta haqları avtomobilin ilində də asılı olduğuna görə – dəyişiklik hiss olunmalıdır: “Daha  yeni avtomobillərin ölkəyə gətirilməsi, eyni zamanda gömrük rüsumları avtomobil  bazarında qiymət artımına səbəb olacaq. Sığorta qiymətlərini də  bazar qiymətləri əsasında  tənzimləyirik”.
O.Ağakişiyev bildirib ki, “Avro-4″ün tətbiqi qəzaların və sığorta hadisələrinin sayını azaldacaq. Nəticədə yeni maşınları sığortalamaq sığorta şirkəti üçün daha sərfəlidir: “2002-ci ilin 5  min manatlıq  avtomobilini 3%-lə (150 manat) sığortalamaqdansa, 2005-ci ilin 10 min manatlıq maşınını sığortalamaq daha sərfəlidir. Düzdür, köhnə avtomobillərin  ehtiyyat hissələri ucuzdur buna görə də onların təmiri daha ucuz başa gəlir. Əvəzində, yeni avtomobillərin daha dözümlü olması, texniki imkanları, əyləc ,park radar sistemlərinin təkmilləşməsi  qəza risklərini azaltmış olur”.

Mənbə: fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir