Search
publika.az1396291550axar.az1396289215qenire

Gənc ailələrin üzləşdiyi problemlərdən biri mənzillə bağlıdır – Qənirə Paşayeva

“Güzəştlə verilən sosial ipotekalarla bağlı məsələ gündəmdə saxlanılır. Çünki Azərbaycanda gənc ailələrin üzləşdiyi əsas problemlərdən biri də mənzillə bağlıdır.”

Bunu SalamNews-a Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, bu, ailələrdə bir sıra problemin əsasını qoyur: “Buna görə də gənc ailələrin bu problemini həll etmək üçün ipotekanın daha çox genişlənməsinə ehtiyac var. Çünki ölkə banklarının verdiyi kreditlərin faizləri elə bir səviyyədədir ki, gənclərin ən aşağı faizli kredit alaraq, özlərini mənzillərlə təmin etməsi mümkünsüzdür. Buna görə də onlar bütün ümidlərini sosial ipotekaya bağlayıblar. Biz də sosial ipotekanın fəaliyyətə başlamasının önəmli olduğunu nəzərə alaraq, bu məsələni bir neçə dəfə parlamentdə qaldırmışıq. İpotekanın fəaliyyətə başlaması ilə bir çox gənc ailələr mənzil, ev problemlərini həll edə bilərlər. Bundan başqa, ipoteka kreditlərinin maliyyə həcminin artırılmasına da ehtiyac var. Çünki vəsait daha da artırılmalıdır ki, ipotekadan istifadə edən gəclərin sayı çoxalsın.”

O deyib ki, gənclərin mənzillə təmin olunması istiqamətində başqa mexanizmlərin üzərində düşünmək lazımdır. İndi bir neçə ölkədə belə mexanizmlərdən istifadə olunur. Azərbaycanda mənzilə ehtiyacı olan gənc ailələrin sayının çox olduğunu nəzərə alaraq, bu mexanizmləri araşdırmaq və bununla bağlı sistem hazırlamaq olar. Yeni qurulan ailələrin bir qədər sonra dağılması, boşanma hallarının artmasının əsas səbəblərindən bir də evin, mənzilin olmamasıdır.”

salamnews.org




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir