Search
siaphoto_406061

“Avro 4” standartı avtomobil idxalına təsir etməyəcək”

“Dövlət Gömrük Komitəsinin birinci rübün yekunları üzrə bəzi azalmalar müşahidə olunur, amma irəlidə hələ çox vaxt var. İl təzə başladığından bu statistika kifayət qədər tam deyil”. kreditxeber-in məlumatına görə, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK)  Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov komitənin cari ilin ilk rübündəki fəaliyyəti ilə bağlı  jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, birinci rübdə 5,38 milyard dollar məbləğində ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 15,26 faiz azdır: “Lakin əminəm ki, ilin sonunadək əmtəə dövriyyəsinin dinamikası dirçələcək və biz ötən iin göstəricilərinə çıxacağıq. Yanvar-mart aylarının yekunları üzrə idxal 1,76 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 20,23 faiz azdır.Bu dövrdə Azərbaycandan 1093 növdə məhsul ixrac edilib, 4372 növdə isə mal idxal edilib”.

Açıqlaması zamanı idarə rəisi “Avro 4” standartının avtomobillərin idxalına olan təsirinə də toxunub. Onun sözlərinə görə, cari ilin aprelin 1-dən başlayaraq avtomobillərə “Avro-4” ekoloji standartının tətbiqi idxalın dinamikasına böyük təsir göstərməyəcək: “ Yeni standartın tətbiqində hələ bir ay müddət keçməyib. Ona görə də onun ölkədəki avtomobil idxalına hər hansı bir təsirindən danışa bilmərik. Bu barədə danışmaq hələ tezdir. Əgər olacaqsa da düşünmürəm ki, böyük olsun. Ola bilsin ki, çox cüzi bir təsiri olsun”.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir