Search
qenire_507

Bank faizlərinin aşağı salınması üçün mexanizm hazırlanmalıdır – deputat

“İndiki kredit şərtləri ilə heç nə əldə etmək mümkün deyil”.

Parlamentdə aparılan müzakirələr zamanı bankların verdiyi kommersiya kreditlərinin faizlərinin aşağı salınması məsələsi tez-tez gündəmə gətirilir.

kreditxeber  SalamNews-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

O, insanlarımızın rifahı və iqtisadiyyatın inkişafı üçün bank faizlərinin aşağı salınmasına böyük ehtiyacın yarandığını deyib:

“Bəzən belə fikir irəli sürülür ki, bank sektorunda real vəziyyəti tənzimləmək üçün yeni mexanizm yaranmalıdır. Əgər bu mexanizmlər işə salınarsa, bank faizlərinin aşağı salınmasına da nail olunacaq. Adi kommersiya krediti ilə mənzil və ya ev almaq üçün faizlər məqbul olarsa, hansısa gənc ipoteka almaq üçün illərlə gözləməyəcək və bu kredit vasitəsi ilə istədiyi evə sahib olacaq.

Aydındır ki, ölkədə olan bəzi qrup vətəndaşlar adi kreditlə belə, evə sahib ola bilməyəcəklər. İşlə təmin olunan və müəyyən əməkhaqqı alan digər qrupa aid gənclər isə kommersiya kreditlərindən yararlana bilərlər. Hətta biznes sahəsində çalışan müəyyən şəxslər də vurğulayırlar ki, indiki kredit şərtləri ilə heç nə əldə etmək mümkün deyil.

Ümidimiz odur ki, Azərbaycanda iqtisadiyyatla bərabər, bank sektorunda da müəyyən inkişaf meyilləri nəzərə çarpır. Bundan istifadə edərək faizlərin aşağı salınması üçün sistem hazırlanmalıdır ki, insanların həyatında müəyyən irəliləyişlər olsun”.

salamnews.az





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir