Search
344339_480156

İngiltərənin Avropa Birliyindən çıxması körfəz ölkələrinə 700 milyard ziyan vurdu

Küveytin “Əl-Qəbəs” qəzetinə istinadən verilən məlumata görə, İngiltərənin Avropa Birliyindən çıxması nəticəsində Fars körfəzi əməkdaşlıq şurasına daxil olan ərəb ölkələri bankları 700 milyard dollara yaxın itki ilə üzləşib.

Bu haqda Ərəb Bankları Birliyinin sabiq başçısı Ədnan Yusif “Əl-Qəbəs” qəzetinə verdiyi müsahibədə bildirib. Bu həcmdə ziyan hələ İngiltərənin Avropadan çıxmasından cəmi 48 saat sonra əldə olunan nəticədir.

Ədnan Yusif deyib: “ “Brexit” (İngiltərənin Avropadan ayrılması) Avropada solçu və radikal partiyaları güclənməsinə və nəticə etibarilə ölkələrin təcrid və parçalanmasına gətirib çıxaracaq. Bu isə həm qloballaşmanı və həm də Beynəlxalq Ticarət Təşkilatını ciddi təhdid olunması ilə yanaşı digər təşkilatların da aradan getməsinə səbəb olacaq.”

FaktXeber

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir