Search
1453193500_axar.az1428302313elnur-hasan (2)

Nobelə namizəd olan alimimiz kimdir?

İsveç Kral Akademiyası Rəyasət Heyətinin 14/3-12/ 2016 tarixli qərarı ilə Azərbaycan Respublikasının Elm üzrə “Prezident mükafatçısı”, İsveç Kral Akademiyasının, Yaponiya Elm cəmiyyətinin və Frankfurt – Höte (Almaniya) Universitetinin fəxri üzvü, Gəncədən olan gənc alim Elnur Həsənovun namizədliyi Nobel mükafatı Komitəsinə irəli sürülüb.

Həsənov Elnur Lətif oğlu 1987-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Gəncə Dövlət Universitetinin Tarix fakültəsini Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə, bu universitetin eyni fakültəsinin Azərbaycanın yeni və müasir tarixi ixtisası üzrə magistratura pilləsini də Heydər Əliyev təqaüdçüsü kimi fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdən etibarən universitetin YAP Gənclər Birliyinin sədri vəzifəsini icra etmiş, həmçinin 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə işə qəbul edilmiş, ölkəmizlə yanaşı, ABŞ, Almaniya, Yaponiya, İsveç, Böyük Britaniya, Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, İtaliya və digər ölkələrin yüksək impakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan, rus dillərində 200-dən artıq elmi əsər və monoqrafiya (kitab) çap etdirmişdir. O, qazandığı nailiyyətlərə görə AMEA-nın Fəxri mükafatına layiq görülüb.

1428302098

Elnur Həsənov İsveç Kral Akademiyasının müxbir üzvü, Almaniyanın Frankfurt – Höte Universitetinin fəxri üzvü, İtaliyanın Elm nəşriyyatının fəxri üzvü, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri və Diyarşünaslıq İnstitutunun antropologiya, etnoqrafiya və etnologiya elmləri üzrə doktorantıdır. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvü, Partiyanın şəhər təşkilatının Gənclər Birliyinin sədr müavini, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin Yerli sosial məsələlər komissiyasının üzvüdür. Həsənov Elnur 2014-cü ilin iyul ayından etibarən Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini də icra edir və uğurlu elmi, ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin və Akademiyanın Rəyasət Heyətinin 2014-cü il üçün Fəxri mükafatına layiq görülmüş, 2014-cü il üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən “Ən fəal Gənc alim” adı ilə təltif olunmuşdur. 31 yanvar 2015-ci il tarixində elmdə əldə etdiyi yüksək nailiyyətlərə, elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətinə görə ölkəmizin Prezidenti cənab İlham Əliyevin imzaladığı 1010 saylı sərəncama əsasən ilk dəfə olaraq “Elm üzrə Prezident Mükafatı” ilə təltif edilmişdir.

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir