Search
loss

Bu bank ötən ili ziyanla başa vurub

2015-ci ilin yekununa görə, “Zaminbank”ın cəmi aktivləri 484,3 milyon manat təşkil edib. Bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 3,6% azdır. İl ərzində bankın cəmi öhdəlikləri 4,1% azalaraq 414,2 milyon manat, cəmi kapitalı isə 0,2% azalaraq 56,1 milyon manat olub.

İlin yekununda bankın kredit portfeli 4,9%-lik azalmadan 304,2 milyon manat təşkil edib. Bunun isə 4,35%-i və yaxud 13,2 milyon manatı vaxtı keçmiş kreditlərdir. 2014-cü ilə nisbətən problemli kreditlər 7,1% azalıb. Ötən il vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 4,45% olub.

2015-ci ilin yekununda bankın depozit portfeli isə 87 milyon manat təşkil edib. Bu da 2014-cü ilin yekunu ilə müqayisədə 17,8% azdır.

“Zaminbank” ili 67 min manat ziyanla başa vurub. Məlumat üçün bildirək ki, 2014-cü ildə bank 607 min manat xalis mənfəət əldə etmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir