Search
bank-building-7

Banklar vergidən azad edilə bilər

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların əldə etdiyi mənfəətin vergidən azad edilməsi ilə bağlı hökumətə hər hansı təklif daxil olmayıb.

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyev müraciət olduğu təqdirdə buna baxıla biləcəyini deyib: “Hələ müraciət yoxdur. Düşünürəm ki, əgər müraciət olarsa, buna hökumətdə baxmaq olar”.

“Vergi borcu olan bankların digər kreditorlarla yanaşı büdcə ilə də hesablaşması bitəndən sonra borc məsələsi ləğv ediləcək”. Bunu nazir müavini İ.Vəliyev bağlanan kommersiya banklarının (“United Credit Bank”, “Eurobank”, “Texnikabank”) vergi borcu ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Report

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir