Search
DSC04163 (2)

Fikrət Səlimov, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Bu gün TuranBank ASC-nin Korporativ Bankçılıq şöbəsinin rəhbəri Fikrət Səlimovun doğum günüdür.

Bu münasibətlə Fikrət Səlimovu dostları və çalışdığı TuranBank kollektivi təbrik edir.

Fikrət Əliyusif oğlu Səlimov 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbdə təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetində İnzibati İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini qazanmış və Azərbaycan Dövlət İqtisad Universitetində elə həmin ixtisas üzrə Magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə TuranBank ASC-də başlamış, müxtəlif vəzifələrdə çalışmış və hal-hazırda da orada fəaliyyət göstərir. Bankda biznes bankçılığının inkişafı sahəsində həyata keçirilən müxtəlif layihələrin icrasında yaxından iştirak etmiş və yerli sahibkarların inkişaf etmiş dünya təcrübəsinə yiyələnməsi istiqamətində bir çox təlimlərin təşkilatçısı olmuşdur. Bu istiqamətdə yerli (AR Mərkəzi Bankı, Sahibkarlığa Kömək Milli Fondu, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti) və dünyanın aparıcı təşkilatlarının (United States Agency for International Development, Islamic Development Bank, Islamic Corporation for the Development of the Private Sector, World Business Capital, International Finance Corporation, Black Sea Trade & Development Bank, Microfinance Enhancement Facility (MEF) Cyrano, ECO Trade and Development Bank, European Bank for Reconstruction and Development, The International Fund for Agricultural Development və başqa təşkilatların) təlimlərində iştirakçı və təlimçi qismində iştirak etmişdir.

Kiçik və Orta biznes subyektləri ilə yanaşı iri biznes subyektlərinin maliyyələşdirilməsi üzrə çoxillik təcrübəyə malikdir. Ötən dövr ərzində yüzlərlə sahibkarlıq subyektlərinə maliyyələşmə-konsaltinq xidmətləri göstərmiş və bu sahədə kredit mütəxəssislərinin hazırlanmasına öz töhfəsini vermişdir.

Onun fəaliyyəti TuranBank ASC rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmişdir. 2015-ci ildən TuranBank ASC-nin Korporativ Bankçılıq şöbəsinə rəhbərlik edir. Hazırda TuranBank ASC-nin bütün filial şəbəkələrində peşəkar biznes komandasının silsilə nailiyyətlərə imza atmasında birbaşa iştirak edir.

Biz də taraz.az olaraq Fikrət müəllimi təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir