Search
photo_42573

19 iyun təqvimdə

1900-cü il. Xalq Artisti, tanınmış aktyorMöhsün Cərovun (Sənani) doğum günü.Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi” (“Vano”), “O olmasın, bu olsun” (“Qoçu Əsgər”), “Sehrli xalat” (Möhsün Ağayev”) kimi filmləri qeyd etmək kifayətdir.

1862-ci il. Amerika Birləşmiş Ştatları Konqresi Birləşmiş Ştatlar ərazisində qul saxlamağı qadağan edib.

1885-ci il. Azadlıq heykəli Fransadan Nyu-Yorka gətirilib.

Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəldə təsvir olunan ayaq üstə dayanmış qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin əks olunduğu, qanunların yazıldığı lövhə tutub. Qırılmış zəncir isə onun ayağının üstünə sərilib.

1961-ci il. Küveyt Britaniyadan ayrılaraq müstəqilliyini elan edib.

Monarxiya üsulu ilə idarə olunan Küveyt Cənub-Qərbi Asiyada, Fars körfəzinin sahilində yerləşir. Ərazisində böyük neft-qaz yataqları mövcuddur. Əhalisi 3 milyon (2014-cü il) nəfərdir.

Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir