Search
turanbank

TuranBank Novruz bayramı ərəfəsində uşaqları sevindirmişdir

TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti xeyriyyə aksiyasına imza atmışdır. Bank Novruz bayramı münasibətilə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən uşaq Kardiorevmatoloji Sanatoriyasının balaca sakinlərini Gənc Tamaşaçılar teatrında nümayiş etdirilən “Möcüzəli turp” tamaşası ilə sevindirmişdir.

11-1.688x0

5.697x0

Bankın əməkdaşları tamaşanı böyük maraqla izləyən uşaqlara qayğı və nəvaziş göstərmiş, onlara hədiyyə paylamış və bayram sovqatlarına qonaq etmişlər. Tamaşa uşaqlarda xoş təəssürat yaratmış, sevinc hisləri ilə yadda qalmışdır.

3.693x0

6.698x0

Bank uşaqlara böyük sevinc bəxş edən bu qəbildən olan tədbirləri bundan sonra da mütəmadi təşkil edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir