Search
job-vacancy-3

Bankda yeni VAKANSİYALAR

“Kapital Bank” Xızı, Siyəzən, Xaçmaz, Qusar, Şabran,Biləsuvar, Cəlilabad, Hacıqabul, Sabirabad, Saatlı və İmişli regionları üzrə müştəri əlaqələndiricisi vəzifəsinəişçi qəbulu elan edib. Bankdan verilən məlumata görə, ali təhsilli, MS Office (Word, Excel) proqramları üzrə bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri

Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması

Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi

Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi

Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi

Namizədə dair tələblər

Ali təhsil

Səbirli, təmkinli, təzyiqə davamlı

Ünsiyyətqurma və izahetmə qabiliyyəti

Xarici dil bilikləri arzuolunandır

MS Office proqramları üzrə biliklər

Əla ünsiyyət bacarıqları

Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Müraciət etmək istəyənlər CV-lərini “mövzu” bölməsində “Müştəri Əlaqələndiricisi” qeyd etməklə hkc_branches@kapitalbank.az  ünvanına göndərə bilərlər.

Telefon: 196




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir