Search
merkezi bank

Bankların dollara olan tələbi niyə artdı?

ARDNF bu gün 13 banka 177,5 milyon dollar satıb

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, Fond tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 177 mln. 450 min dollar məbləğində vəsait 13 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Dolların 23.02.2016 tarixinə olan məzənnəsində cüzi də olsa artımın olması və bankların ötən hərraclardan fərqli olaraq bu dəfə daha çox dollar cəlb etməsi manatın artım dinamikasını şübhə altına alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir