Search
1371849956_demirbank

“Korporativ müştərilər üzrə analitik” – Vakansiya

DəmirBank ASC Şəki filialı üzrə “Korporativ müştərilər üzrə analitik (SME)” vəzifəsinə işə qəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka əməliyyat gəliri gətirən müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
• Filialın kiçik, orta və iri kredit portfeli üzrə planının icrasını və korporativ məhsullarının çarpaz satışını təmin etmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq: 20.000 manat məbləğindən artıq olan ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
• Kredit portfelini idarə etmək;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Filialın kiçik, orta, iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar vermək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Filialda kiçik, orta, iri kreditlər və korporativ məhsullaı üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• SME kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2016-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Şəki filialı üzrə “Korporativ müştərilər üzrə analitik”  şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir