Search
pasha_bank 132_813

“PAŞA Bank”dan yüksək mənfəət açıqlaması

Bu ilin 1-ci rübünün yekununa görə, “PAŞA Bank”ın cəmi aktivləri 1 milyard 963,4 milyon manat təşkil edib. Bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 42,1% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 49,7% artaraq 1 milyard 565,4 milyon manat, cəmi kapitalı isə 18,5% artaraq 398 milyon manat olub.

3 ayın yekununda “PAŞA Bank”ın kredit portfeli 735,2 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 19,7% çoxdur. Son 1 ildə bankın vaxtı keçmiş kreditləri isə 18,5% artaraq 99,9 milyon manat olub. Əvəzində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 13,7%-dən 13,6%-ə düşüb.

Aprelin 1-nə “PAŞA Bank”ın depozit portfeli isə 1 milyard 162,2 milyon manat olub. Bu, ötən il aprelin 1-nə olan vəziyyətlə müqayisədə 67,4% çoxdur. Bankın depozitlərinin 164,5 milyon manatını fiziki şəxslərin müddətli depozitləri təşkil edib. Son 1 ildə əhalinin əmanətləri 72,1% artıb.

Hesabat dövründə “PAŞA Bank”ın faiz gəlirləri 25 milyon 123 min manat (29,5% artım), faiz xərcləri 7 milyon 790 min manat (2,6 dəfə çox), qeyri-faiz gəlirləri 27 milyon 133 min manat (keçən il məzənnə dəyişməsinə görə qeyri-faiz gəliri əldə etməyib), qeyri-faiz xərcləri 10 milyon 189 min manat (3,4% çox) olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 34 milyon 277 min manat təşkil edib. Bu da 1 il əvvəllə müqayisədə təxminən 18 dəfə çoxdur.

Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığı vəsaitin 2 milyon 657 min manatını da mənfəətinə əlavə edib, cəmi 29 min manat isə mənfəət vergisi ödəyib. Son nəticədə “PAŞA Bank” ilin 1-ci rübünü 36 milyon 905 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2015-ci ilin 1-ci rübündən 9 milyon 279 min manat zərərlə çıxmışdı.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir