Search
Bank-assets-growth-1024x650

Bu bankın aktivləri artıb

Bu ilin 1-ci rübünün yekununda “Dəmirbank”ın cəmi aktivləri 548,6 milyon manat təşkil edib. Bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 14,6% çoxdur.

İstehlak kreditləşməsini azaldıb

Bankın aktivlərinin strukturunda kredit portfeli 401 milyon manat olub. Bu, 1 il əvvələ nisbətən 7,5% çoxdur.

Kredit portfelinin təxminən yarısını – 198,1 milyon manatını istehlak kreditləri təşkil edib. Amma son 1 ildə bank fiziki şəxslərə verdiyi kreditlərin məbləğini təxminən 5% azaldıb.

Bankın ipoteka kreditləri portfeli isə 1% azalaraq 48,9 milyon manat olub. Bununla belə, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin məbləği 18,7% artıb.

1 ilə cəmi 1 bankomat qoyub

1 il ərzində “Dəmirbank” bankomatlarının sayını cəmi 1 ədəd artıraraq 59-a çatdırıb. Bankın POS-terminalları isə 43 ədəd artaraq 1009 olub.

“Dəmirbank”  vaxtı keçmiş kreditləri, depozit portfeli, gəlirləri, xərcləri, mənfəəti və yaxud ziyanı barədə məlumatları açıqlamayıb.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir