Search
YKB_logo

​”YapıKredi Bank”ın mənfəəti kəskin artıb

“YapıKredi Bank Azərbaycan” QSC 2016-cı ilin ilk rübündə 1,6 mln. manata yaxın mənfəət əldə edib. Xalis əməliyyat mənfəəti və qeyri-faiz gəlirləri 75%-lik artım göstərib. Bu ilin ilk rübündə Bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 419,2 mln. manata çatıb.

Bankın İdarə Heyətinin sədri Cenk Yüksel ölkə iqtisadiyyatında biznes sahələrinin inkişaf etməsinə töhfə vermək məqsədi ilə real sektorun daim yanında olduqlarını deyib. Onun sözlərinə görə, “YapıKredi Bank Azərbaycan”ın real sektora ayırdığı kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 67% təşkil edir: “YapıKredi Bank Azərbaycan” bu günə qədər 35 mln. manatdan artıq yatırım edib”.

Əvvəlki illərdə olduğu kimi, bu il də müştəriyönümlü çalışaraq innovativ məhsullar və sərhədsiz xidmətlər təklif etməyi düşünürük. Yeni POS-terminallar quraşdırmaq və plastik kart məhsulunu inkişaf etdirməklə, qeyri-nağd ödənişlərin stimullaşdırılması üzrə prioritetlərə verdiyimiz önəmi daha da artırmağı hədəfləyirik”, – deyə Bankın sədri qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir