Search
pos terminallar

Azərbaycanın bir neçə bankı POS-terminalların sayını kəskin azaldıb – ARAŞDIRMA

 Bu ilin I rübü ilə müqayisədə II rübdə bəzi Azərbaycan banklarında POS-terminalların sayı kəskin azalıb.

30 bankın təqdim etdiyi hesabata əsasən hesabat dövrü üzrə POS-terminalların sayına görə müvafiq renkinq tərtib edib.

 Renkinqin təhlili zamanı məlum olub ki, 30 bankdan 13-də POS-terminalların sayında bir rüb ərzində azalma müşahidə olunub, 7 bankda dəyişim olmayıb, 10 bankda artım müşahidə olunub. Bununla yanaşı, 13 bank POS-terminalların sayı ilə bağlı məlumatları ümumiyyətlə açıqlamayıb.

 Cari ilin ilk üç ayı ilə müqayisədə I yarımillikdə POS-terminalların sayının azalmasında birinci yeri “Bank Standard” tutub. Bank son üç ay ərzində POS-terminallarının sayını 182 ədəd azaldıb.

 Siyahıda ikinci yeri “Amrahbank” tutur. Bankın POS-terminallarının sayı 97 ədəd azalıb.

 Üçüncü yerdə isə “Dəmirbank” qərarlaşıb. Belə ki, bank 83 ədəd POS-terminalı dövriyyədən çıxarıb.

 Sıralamada son yerləri  “Bank Technique” və “Qafqaz İnkişaf Bankı” tutur. Adıçəkilən banklar müvafiq olaraq 2 və 1 ədəd POS-terminalı sıradan çıxarıb.

 Maraqlıdır ki, banklar POS-terminalların sayının azalmasının səbəbi kimi proqram təminatlarının yenilənməsi və ya sözügedən cihazlarda yaranan nasazlığı göstərir (Ətraflı bax cədvəl 1)

 Cədvəl 1

Azalma olan bankların siyahısı

POS-terminalların sayı

Bir rüb ərzində azalan POS-terminal sayı

1

Bank Standard

1 640

182

2

Amrahbank

409

97

3

Dəmirbank

1 103

83

4

AFB Bank

1 095

43

5

Bank Respublika

769

18

6

RabitəBank

460

14

7

Atrabank

62

14

8

Kredobank

37

9

9

TuranBank

174

6

10

Bank Nikoil

307

3

11

Azər-Türk Bank

49

2

12

Bank Technique

519

2

13

Qafqaz İnkişaf Bankı

3

1

Son üç ayda 7 bankda POS-terminalların sayında artım və ya azalma baş verməyib (Ətraflı bax cədvəl 2)

 Cədvəl 2

Banklar

 

POS-terminalların sayı

 

1 Zaminbank 1 891
2 Kapital Bank 1 027
3 MuğanBank 659
4 Xalq Bank 119
5 Gəncəbank 21
6 DekaBank 8
7 Günay Bank 4

 2014-cü ilin ilk iki rübü arasındakı fərqə nəzər saldıqda məlum olur ki, 10 bankda POS-terminalların sayında artım müşahidə olunur.

 Siyahıda POS-terminalların sayında artıma görə birinci yerdə 4 613 ədədlə “AtaBank” qərarlaşıb. İkinci yer sahibi isə 2 966 ədəd POS-terminal artımı ilə “Exspressbank”dır.  Sıralamada üçüncü yer 2 276 ədəd POS-terminal sayı ilə  “Azərbaycan Beynəlxalq Bankı”na məxsusdur (Ətraflı bax cədvəl 3)

 Cədvəl 3

Artım olan bankların siyahısı

 

POS-terminalların sayı

 

Bir rüb ərzində artan POS-terminal sayı

 

1 AtaBank 16 561 4 613
2 Exspressbank 3 589 2 966
3 Azərbaycan Beynəlxalq Bankı 7 399 2 276
4 AccessBank 2 020 1 697
5 AGBank 2 238 1 037
6 YapıKredi Bank Azərbaycan 2 678 374
7 Parabank 123 21
8 Bank BTB 27 12
9 Bank of Baku 32 4
10 Bank VTB (Azərbaycan) 7 1

 Aşağıda göstərilən 13 bank isə ümumiyyətlə POS-terminallarla bağlı məlumatları açıqlamayıb (Ətraflı bax cədvəl 4)

 Cədvəl 4

Məlumatları açıqlamayan bankların siyahısı

 

1 Bank of Azerbaijan*
2 Unibank*
3 Azərbaycan Sənaye Bankı*
4 Yunayted Kredit Bank*
5 Bank Silk Vey*
6 Naxçıvanbank *
7 Bank Avrasiya*
8 Pakistan Milli Bankı Bakı Filialı*
9 Bank Melli İran *
10 PAŞA Bank*
11 Evrobank*
12 Azərbaycan Kredit Bank*
  NBC Bank*

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir